Azərbaycan TBNM layihəsi üzrə illik 54 milyon ton yük göndərməyə hazırdır

Azərbaycan TBNM layihəsi üzrə illik 54 milyon ton yük göndərməyə hazırdır
12:13 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. Yük REPORT.AZ/ "Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM) ilə Gürcüstan və daha sonra Qara dəniz vasitəsilə Ukraynaya və Avropaya illik 54 milyon ton yük göndərməyə potensialı var".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib.
Odessada keçirilən "Avropa və Asiyanın birləşdirilməsi: transkontinental marşrutlarının formalaşdırılmasına yeni baxış" beynəlxalq forumunda çıxışı zamanı İ.Hüseynov, həmçinin qeyd edib ki, TBNM layihəsinin bütün iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışına ehtiyac duyur: "İki dəniz keçmək, iki dəfə bərəyə yük doldurub-boşaltmaq çox çətindir. Bu, logistika xərtclərini hissolunacaq şəkildə artıracaq".
Öz növbəsində, "TransCaucasusTerminals" şirkətinin ("Gürcüstan Dəmir Yolları"nın törəmə şirkəti) prezidenti Levan Sulaberidze məlumat verib ki, yaxın günlərdə TBNM layihəsi üzrə yola çıxan ilk qatar marşrutun son dayanacağı olan İstanbula çatacaq, yeni ilə qədər isə daha bir yük partiyasının nəqli baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-tbnm-layihesi-uzre-illik-54-milyon-ton-yuk-gondermeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR