Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“AzFinance İnvestisiya Şirkəti” QSC Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə seminar keçirib

“AzFinance İnvestisiya Şirkəti” QSC Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə seminar keçirib

Date: 10 December 2015 12:13

Bakı. Trend:

“AzFinance İnvestisiya Şirkəti” QSC Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələrinə seminar keçirib. Seminarın əsas məqsədi tələbələrin təcrübə biliklərinin artırılması və gələcəkdə karyeralarını “AzFinance İnvestisiya Şirkəti” -də qurmaq imkanının əldə edilməsi olub.

Trend-in məlumatına görə, Seminarda Şirkətin Direktor müavini Murad Əhmədov mülahizə söyləyib və tələbələrə şirkətin fəaliyyət istiqamətləri, qiymətli kağızlar bazarındakı rolu, təcrübə və təqaüd proqramları haqqında məlumat verib.

Sonra tələbələrin qiymətli kağızlar bazarındakı bilik səviyyələrini müəyyənləşdirmək üçün test imtahanı keçirilib. İmtahanı uğurla keçən təcrübəçilər şirkətin ADİU-da təşkil edəcəyi ödənişsiz təlimlərdə iştirak edəcəklər və onlar arasında fərqlənən tələbələrə şirkətin adlı təqaüdləri veriləcək. Təlimləri uğurla bitirən tələbələr gələcəkdə AzFinance İnvestisiya Şirkətində təcrübə proqramı keçmə və işlə təmin edilmə imkanı əldə edəcəklər.

Xatırladak ki, noyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “AzFinance Invest” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş tələbələrin maliyyə-investisiya xidmətləri haqda praktiki biliklərinin artırılmasına, şirkətin adlı təqaüdünü əldə etmələrinə və real iş mühitində istehsalat təcrübəsini keçmələrinə şərait yaradacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  AzFinance İnvestisiya Şirkəti QSC Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə seminar keçirib


RƏYLƏR


Top news