Əlillik müayinəsi barədə məlumatların verilməsi üzrə yeni e-xidmət yaradılıb

Əlillik müayinəsi barədə məlumatların verilməsi üzrə yeni e-xidmət yaradılıb
12:14 10 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilən müayinə barədə məlumatın verilməsi" e-xidmətini "Elektron hökumət" portalı üzərindən əhalinin istifadəsinə verib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 
Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılan şəxslər bu e-xidmətdən istifadə etməklə aparılan müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala bilirlər. 
İstifadəçilər "Müayinələrin reyestri", "Çıxarışın yoxlanılması", "Çıxarışların tarixçəsi", "Mənim yoxladığım çıxarışlar", "Mənim çıxarışlarımı yoxlayanlar" bölmələri üzrə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək imkanlarına malik olacaqlar.
E-xidmət ölkədə daha bir e-arayış növünün formalaşmasına səbəb olub. Belə ki, istifadəçi TSEK-də onun əlilliyinin müəyyən olunması üçün aparılan müayinənin nəticəsi barədə çıxarışı pdf formasında əldə edərək, onu əlilliyini təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Beləliklə də həmin şəxslərin qeyd olunan arayışı almaq üçün artıq hansısa quruma müraciət etməsinə ehtiyac qalmır. Arayışın təqdim edildiyi təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə "E-Hökumət" portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.
Hazırda TSEK-lər tərəfindən əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılan bütün müayinələrin nəticələri nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Mövcud informasiya bazası aparılan müayinələrin nəticələrinə dair məlumatların aidiyyatı qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilən müayinə barədə məlumatın verilməsi" e-xidmətinin formalaşdırılmasına da şərait yaradıb.
Hazırda Prezident İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir. Sistemin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/elillik-muayinesi-barede-melumatin-verilmesi-uzre-yeni-e-xidmet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR