Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fuad Qəhrəmanlının həbsindən apellyasiya şikayəti verildi

Fuad Qəhrəmanlının həbsindən apellyasiya şikayəti verildi

Date: 10 December 2015 12:19

Dövlət əleyhinə çağırış etməkdə təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Nəsimi Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan apellyasiya şikayəti verib.

Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxs məhkəmənin qərarından narazıdır və həbsini qanunsuz hesab edir. Bu məqsədlə də, o Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib. Şikayət artıq Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib: "Hələlik şikayətə baxan hakim və prosesin tarixi məlum deyil. Yəqin ki, şikayətə sabah baxılacaq".

F.Qəhrəmanlı ilə mütəmadi görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraitindən heç bir narazılığı yoxdur.

Xatırladaq ki, Fuad Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir. Fuad Qəhrəmanlı isə bu ittihamlarla razılaşmır və sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Milli.Az


Tags:  Fuad Qəhrəmanlının həbsindən apellyasiya şikayəti verildi


RƏYLƏR


Top news