Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı

Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı
12:27 10 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Xəstənin vəziyyəti kritikdir.

Dünən Bakının Xətai rayonunda intihara cəhd olub.

Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a Xətai Rayon Polis İdarəsindən bildiriblər.

Belə ki, təxminən saat 21.30 radələrində 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü Mehmandarov küçəsində yerləşən 2 saylı doqquzmərtəbəli evin 4-cü mərtəbəsindən atıb.

Hal-hazırda qız Azərsu xəstəxanasındadır. Xəstənin vəziyyəti kritikdir.

İlkin məlumata görə, Aşurovanın belə kəskin addımına səbəb sevgilisini qısqanması olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR