"Expressbank" 30000 manatadək mikro kreditlər təklif edir

"Expressbank" 30000 manatadək mikro kreditlər təklif edir
12:28 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Expressbank" müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir. Bankdan Trend-ə verfilən məlumata görə, “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 30000 AZN-dək, maksimal müddəti 36 ayadək, illik faiz dərəcəsi isə 21%-dən başlayır.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, təhsil, səhiyyə və neft işçilərinə kreditlər, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2467798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR