Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dövlət Bayraq Meydanının həbsdə olan sabiq rəisi apelyasiya şikayəti verəcək

Sabiq prezident azadlıqda (21 Mart 2017 17:13)
Həbsdə olan sabiq nazir vəkili ilə görüşüb (13 Mart 2017 21:42)
Milyonları talayan MTN-in sabiq şöbə rəisi axtarışa verildi (08 Mart 2017 12:03)

Tarix: 10 Dekabr 2015 12:29

Bakı. Samir Məmmədov-Trend:

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan keçmiş rəisi Rəşad Məmmədov Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından narazıdır. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, R.Məmmədov həbs müddətinin uzadılmasını əsassız hesab edir: "Bu barədə Rəşad Məmmədovla danışmışam. Həbs müddətinin uzadılmasını tam əsassız hesab edir. Artıq məhkəmə qərarından apelyasiya şikayəti hazırlamışıq və sabah məhkəməyə təqdim edəcəyik".

F. Mehdiyev bildirir ki, R.Məmmədovun saxlanma şəraiti tam normaldır və bununla bağlı heç bir narazılığı yoxdur.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Dövlət Bayraq Meydanının həbsdə olan sabiq rəisi apelyasiya şikayəti verəcək



RƏYLƏR


Top xəbərlər