İŞİD liderini görün, kim HƏDƏLƏDİ

İŞİD liderini görün, kim HƏDƏLƏDİ
12:29 10 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən təhlükəli cinayətkarlarından biri, əfsanəvi "xaç atası" Al Kaponedən sonra "beynəlxalq kriminal Olimp"in zirvəsindəki adam sayılan meksikalı narkobaron Xoakin Qusman İŞİD-in lideri Əbubəkir əl Bağdadiyə elektron poçtla məktub yollayıb.
Milli.Az Sick Chirpse-ə istinadən bildirir ki, "El Çapo" ("Tösmərək") ləqəbli narkobaron İŞİD-i narkotik maddələr partiyasını məhv etdiyinə görə hədələyib.

"Sinaloa" kartelinin başçısı "El Çapo"  İŞİD-in liderinə yolladığı məktubunda yazıb: "Sizdən çox narazıyam. Kartelimizin Yaxın Şərqdəki biznesinə qarışmağınız, müdaxilə etməyiniz çox ciddi səhvdir. Əgər əməliyyatlarımıza bundan sonra da burnunuzu soxsanız, adamlarım sizdən borclarını alacaq, inadkarlıq göstərsəniz, məhv edəcəklər".
"El Çapo" iyulun 12-də Meksikada saxlandığı həbsxanadan qaçıb. "Sinaloa" kartelinin mafiozları bunun üçün 10 metr dərinliyində, 1,5 km uzunluğunda tunel qazmışdılar.

İyulun 14-də Meksikanın hakimiyyət dairələri "El Çapo"nun tutulmasına yardım edəcək məlumatı verəcək adama 4 milyon dollar vəd ediblər.
"Sinaloa" Meksikanın ən böyük narkokartellərindən biridir. ABŞ-a aparılan narkotik maddələrin 1/3 hissəsinə bu kartel nəzarət edir.
 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR