Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda oğurluqla məşğul olan 2 dəstə zərərsizləşdirildi

Bakıda oğurluqla məşğul olan 2 dəstə zərərsizləşdirildi

Silah alveri ilə məşğul olan böyük cinayətkar dəstə zərərsizləşdirildi (27 Mart 2017 13:37)
Silah alveri ilə məşğul olan böyük dəstə yaxalandı - RUSİYADA (27 Mart 2017 12:54)
Bakıda oğurluqla məşğul olan qadın tutuldu (13 Mart 2017 12:24)

Tarix: 10 Dekabr 2015 12:40

Dəstə üzvləri arasında qadınlar da var

Azərbaycanda oğurluqla məşğul olan bir neçə nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 9-na keçən gecə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Şahin Həsənovun evindən 500 manat və qızıl üzük oğurlanıb.

 

Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Məmmədov, Abşeron rayon sakini Arzu Babayeva, Bakı şəhər sakini Ceyhun Hüseynov, Gəncə şəhər sakinləri Sahib Abdullayev və qardaşı Elmir tutulub.

 

Bundan başqa Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Münəvvər Əliyevanın və Hicran Məmmədovanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Bakı şəhər sakinləri İlhamə Babayeva, Ədalət Həsənov və Xaliq Sadıqov tutulub.

 

Araşdırmalar davam etdirilir.


Teqlər:  Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirildi



RƏYLƏR


Top xəbərlər