Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ
12:41 10 Dekabr 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutacağı, yarımadanın bəzi yerlərində yağış, zəif duman olacağı ehtimalı var.Sabah hava necə Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarda yağıntılı olacağı gözlənilir.  Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR