Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində kollegiya iclası keçirilib
12:42 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib (14 İyun 2017 13:17)
Dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası üzrə yoxlamalar davam edir (12 İyun 2017 19:17)
DİN-də geniş kollegiya iclası keçirilib - (22 Aprel 2017 01:52)

Vergilər Nazirliyində “2016-cı il dövlət büdcəsi haqqında” qanunun və “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” qanunun təsdiq edilməsi ilə bağlı qurum qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.

 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov qeyd edib ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılıb. Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilmiş, bu dəyişikliklər 20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunaraq, 7 dekabr 2015-ci il tarixdə Azərbaycan prezidentinin Fərmanı ilə təsdiq edilib.

 

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F. Məmmədov qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

 

Bildirilib ki, aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.

 

Vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60 000 manatdan 100 000 manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8% dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidir. Bu dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə  imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin ödəyicilərin vergi yükünün azaldılmasını təmin edəcək.

 

Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.

 

Dünyada baş verən qlobal iqtisadi dəyişikliklər nəticəsində ölkə iqtisadiyyatının yeni şəraitdə inkişaf etdiyini diqqətə çatdıran vergilər naziri bildirib ki, bununla bağlı vergi orqanlarının üzərinə kifayət qədər çətin və məsuliyyətli vəzifələr düşür. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, büdcənin cari xərcləri vergi daxilolmaları, habelə gömrük və digər daxilolmalar hesabına təmin olunmalıdır və bu da vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarına tam həcmdə və vaxtında əməl olunması ilə bağlı Vergilər Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülməsini tələb edir.

 

Bir tərəfdən neftin qiymətinin aşağı düşməsi hesabına bu sahədən daxil olan gəlirlərin və müvafiq olaraq vergi daxilolmalarının azalması, digər tərəfdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin xeyli hissəsinin sosialyönümlü olması, o cümlədən əhalinin  böyük bir təbəqəsinin əmək haqlarından tutulan gəlir vergisi, habelə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin və ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin artırılması nəticəsində vergi daxilolmalarında gözlənilən azalmaları da nəzərə almaqla büdcəyə daha çox vergi yığılması üçün vergi bazası genişləndirilməli, vergidən yayınmağa cəhd göstərənlərə qarşı daha sərt inzibati tədbirlər görülməlidir ki, bütün bunlar artıq Məcəllədə öz əksini tapıb və 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

 

Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun və digər normativ hüquqi aktların tətbiqi ilə əlaqədar konkret Tədbirlər Planının təsdiq edilməsi barədə əmr imzaladığını diqqətə çatdıran F. Məmmədov həmin planda nəzərdə tutulan tədbirlərin icrasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

 

O bildirib ki, Planda Vergi Qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq bir sıra yeni Qaydaların hazırlanması və ya mövcud Qaydalara dəyişiklik edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydasının hazırlanması, illik dövriyyəsi 200 min manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün təqdim ediləcək məlumat formasının və onların uçota alınmaq qaydasının hazırlanması, 2016-cı ilin 1 yanvar tarixinə illik dövriyyəsi 200 min manat və az olan ƏDV ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq rejiminə keçid mexanizminin hazırlanması, saxta aksiz markaları ilə markalanmış malların müəyyən edilmə mexanizminin işlənib hazırlanması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlanması və seçdiyi vergitutma metodu barədə verilən məlumat formasının və onun tərtib edilmə qaydasının hazırlanması, nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, bu və bu kimi digər məsələlərlə bağlı treninqlərin keçirilməsi öz əksini tapıb.

 

Tədbirlər Planında büdcə proqnozları və onların icrası, Məcəllədəki dəyişikliklərlə bağlı vergi ödəyicilərinə göstəriləcək xidmətlər, əhalinin və vergi ödəyicilərinin KİV-lər vasitəsilə məlumatlandırılması, vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi, vergi ödəyicilərinin təsərrüfat subyektlərinin inventarizasiyasının keçirilməsi, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı tərtib olunan akt və inzibati xətalara dair işlər haqqında protokolun formasının tətbiq edilməsi, kadr və tədris məsələləri, yeni proqramlar əsasında vergi orqanı əməkdaşlarına təlimlərin keçirilməsi də nəzərdə tutulur.

 

Yekunda vergilər naziri müzakirə olunan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkeldən maraqlı addım -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlər prokurorluqdadır”

27 İyun 2017 23:37

Kluba cilvəli getdi - FOTO

27 İyun 2017 23:32

Uşağın qarnı gündən-günə böyüyür -

27 İyun 2017 23:31

Kişinin sevgisini bilmək istəyirsinizsə... - XANIMLARA PSİXOLOQ MƏSLƏHƏTİ

27 İyun 2017 23:27

Sizin Alsheymer xəstəliyinə yaxalanma riskiniz varmı?

27 İyun 2017 23:22

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27 İyun 2017 23:17

"Survivor" iştirakçısı tanınmış aktyorla sevgilidir - FOTO

27 İyun 2017 23:17

Oynaqlarında xırçıltılar və bel ağrıları varsa...

27 İyun 2017 23:17

Şəmkirdə ev kül oldu

27 İyun 2017 23:14

Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru

27 İyun 2017 23:12

Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?

27 İyun 2017 23:12

Şəmkirdə mənzildə yanğın baş verib

27 İyun 2017 23:09

"Qalatasaray" ik transferi açıqladı (RƏSMİ)

27 İyun 2017 23:07

Müğənni istirahətdən erotik fotolar paylaşdı - FOTO

27 İyun 2017 23:05

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb

27 İyun 2017 23:05

İlham Əliyev: "Cənub Qaz Dəhlizi" layihəsini 100 faiz tamamlamaq üçün 2-3 il vaxt lazımdır"

27 İyun 2017 23:02

Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB

27 İyun 2017 22:58

Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

27 İyun 2017 22:57

Poşada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

27 İyun 2017 22:55

Polşada Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verilib -

27 İyun 2017 22:54

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

27 İyun 2017 22:52

Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

27 İyun 2017 22:50