Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qanunsuz ov edənlər yaxalanıb

Qanunsuz ov edənlər yaxalanıb

Date: 10 December 2015 12:42

Daxili İşlər Nazirliyi qanunsuz ovla məşğul olan şəxslərin yaxalanması ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Balaca Zeynalovdan və Namiz Qurbanovdan 1 ədəd “TOZ-B” və 1 ədəd “TOZ-16” markalı ov tüfəngləri, habelə 1 ov quşu götürülüb. Bundan başqa Qəbələ RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakini Feyruz Səlimovdan müvafiq sənədi olmayan 1 ədəd “Bum” markalı ov tüfəngi və habelə 1 ov quşu, İmişli RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Murtuz Əliyevdən və Zəkəriyyə Mirzəyevdən 1 ədəd “TOZ-16” markalı və 1 ədəd “İJ-18” markalı ov tüfəngləri, habelə 6 ov quşu götürülüb.


Tags:  Qanunsuz ov edənlər yaxalanıb

RƏYLƏR


Top news