Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya MDB ölkələrindən türk məhsullarının təkrar ixracına nəzarət edəcək

Rusiya MDB ölkələrindən türk məhsullarının təkrar ixracına nəzarət edəcək

Date: 10 December 2015 12:43

Bakı. Trend:

Rusiya İctimai Palatasının üzvü ölkənin Kənd Təsərrüfatı Nazirliyi, Federal Gömrük Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətindən xahiş edib ki, Qazaxıstan və Azərbaycan ərazisi ilə Türkiyə tərəvəz və meyvələrinin tədarükünə nəzarəti gücləndirsin.

Trend-in məlumatına görə, bu barədə "İzvestiya" qəzeti İctimai Palatada Ailə, uşaq və analığa dəstək komissiya sədrinin birinci müavini Pavel Sıçevə istinadən yazır.

Onun sözlərinə görə, Türkiyə şirkətləri embarqodan yan keçməklə Rusiyaya tədarükləri qorumağın yollarını axtarmaqdadırlar.

İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti gələn ilin yanvarın 1-dən sərhədyanı məntəqələrdə və ölkədəki pərakəndə satış məntəqələrində Türkiyədən qadağan edilmiş məhsulların tədarükünə, eləcə də bu məhsulların digər ölkələrin nişanı ilə daşınması ehtimalın nəzarəti gücləndirəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Rusiya MDB ölkələrindən türk məhsullarının təkrar ixracına nəzarət edəcək

RƏYLƏR


Top news