Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

On il ərzində 1137 nəfər müsabiqə yolu ilə dövlət vergi orqanlarında işlə təmin olunub

On il ərzində 1137 nəfər müsabiqə yolu ilə dövlət vergi orqanlarında işlə təmin olunub

Date: 10 December 2015 12:43


Bakı, 10 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
2005-ci ildən indiyədək dövlət vergi orqanlarına işə qəbulla bağlı 10 müsabiqə keçirilib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu müsabiqələrdə iştirak üçün ümumilikdə 13500 nəfər müraciət edib, onlardan 1834 nəfəri test imtahanı mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb. Namizədlərdən 1294-ü vakant vəzifələrə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib. Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1137 nəfəri dövlət vergi orqanlarında işlə təmin olunub, 73 nəfər isə kadr ehtiyatından çıxarılıb.
İşə qəbul 2005-ci ildən TQDK tərəfindən test üsulu ilə keçirilir. Hazırda vergi sistemi əməkdaşlarının 50 faizindən çoxu gənc kadrlardır.

Tags:  il ərzində 1137 nəfər müsabiqə yolu dövlət vergi orqanlarında işlə təmin olunub


RƏYLƏR


Top news