Bilik Fondunun təşkilatçılığı ilə Bakıda beynəlxalq şagird konfransı işə başlayıb

12:48 10 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ““Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits - 200” mövzusunda beynəlxalq şagird konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən keçirilən konfransın iştirakçıları əvvəl Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər.
Məktəblilərin “Kitabi-Dədə Qorqud” dastanına həsr edilmiş rəsm sərgisinin nümayişindən sonra işə başlayan konfransda Dövlət himnimiz səslənib və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
diqqətə çatdırıb ki, ölkə başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında" Sərəncam imzalayıb. Bilik Fondu Sərəncama uyğun olaraq, il ərzində silsilə tədbirlər həyata keçirir. Məhz bugünkü konfrans da həmin silsilədən olan tədbirlərdəndir.
Bildirilib ki, ölkəmizin bütün bölgələrini təmsil edən məktəblilərin iştirak etdiyi tədbirdə, həmçinin Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər qatılıblar.
İki bölmədə işini davam etdirən konfransda şagirdlər “Kitabi-Dədə Qorqud” dastanı haqqında məruzələr söyləyib, müzakirələr aparıblar.
Bədii hissədə konfrans iştirakçıları Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblı, aşıq musiqisi və Bakı məktəblilərinin hazırladıqları kompozisiyaları izləyəcəklər. Dekabrın 11-də isə şagirdlər şəhər gəzintisinə çıxacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_Fondunun_teskilatchiligi_ile_Bakida_beynelxalq_sagird_konfransi_ise_baslayib-909944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR