Məşhur ulduzlar hakimiyyətə qarşı çıxdılar (VİDEO, FOTO)

Məşhur ulduzlar hakimiyyətə qarşı çıxdılar (VİDEO, FOTO)
12:51 10 Dekabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

Hollivudun məşhur ulduzları və adi vətandaşlar soyuq silahlardan istifadə edilməsinə və zorakılığa qarşı etiraz ediblər.

ANS PRESS-in məlumatına görə, tanınmış ulduzlar və ABŞ prezidenti Barak Obama “Biz odlu silahın istifadəsi qaydalarını sərtləşdirməklə zorakılığı dayandıra bilərik” adlı aksiyaya qatılıblar.

Cenifer Eniston, Culianna Mur, Sofiya Verqara və digər ulduzlar silah alışına və istifadəsinə icazə verən qurumlara müraciət ediblər.

Sadə vətəndaşlar ilə tanınmışlar qanunların daha da sərt olmasını tələb ediblər ki, zorakılıq baş verməsin.


"Biz odlu silahın istifadəsi qaydalarını sərtləşdirməklə zorakılığı dayandıra bilərik” aksiyasının video çarxı.


Bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının cənub-qərbində yerləşən San-Bernardino şəhərində silahlı hadisə baş verib.

Atışma zamanı 14 nəfər həlak olub, 17 nəfər yaralanıb.


Hadisə baş verən ərazi

Həmçinin oxuyun: ABŞ-da 14 nəfəri qətlə yetirən ailə (YENİLƏNİB, FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR