​ABŞ-ın kəşfiyyat idarəsi Türkiyəyə terrorla bağlı xəbərdar edib

​ABŞ-ın kəşfiyyat idarəsi Türkiyəyə terrorla bağlı xəbərdar edib
12:53 10 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyə hökumətini üç fələstinlinin rusiyalı turistlərə qarşı terror aktları tördəcəkləri barədə xəbərdarlıq edib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyənin Daxili İşlər Nazirilyi ölkənin 81 əyalətinin polis idarələrinə uyğun göstəriş verib.
ABŞ kəşfiyyat idarəsi bildirib ki, həmin fələstinlilər və terrorçu İŞİD-in terrorçu-intiharçısı oktyabrın 31-də Misirin Sinay yarımadasına Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılmasında iştirak ediblər. Həmin təyyarənin partladılması nəticəsində 224 nəfər həyatını itirmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/abs-in-kesfiyyat-idaresi-turkiyeni-terrorla-bagli-xeberdar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR