Respublika Veteranlar Təşkilatı hesabat verdi

Respublika Veteranlar Təşkilatı hesabat verdi
12:53 10 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend

Bu gün Respublika Veteranlar Təşkilatında qurumun 2015-ci ildə gördüyü işlərin hesabatı və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı plenar iclas keçirilib. Trend xəbər verir ki, iclasda əvvəlcə "Günəşli" yatağında baş verən faciənin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Sonra Respublika Veteranları Təşkilatının sədri Dadaş Rzayev çıxış edərək veteranlar adından onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, dövlət başçısı daim veteranların yanında olub və onlara köməkliyini əsirgəməyib.

D.Rzayev bildirib ki, 2015-ci il Azərbaycan veteranları üçün ən yadda qalan il olub: "Veteranlarımıza diqqət və qayğının nəticəsi olaraq 1500 kavdart metrlik ərazidə tikilmiş inzibati binanın açılışı olub. Bu il Respublika Veteranları Təşkilatlarının 24 rayonda yeni xidməti binaları istifadəyə verilib. Bu işlər yenə də davam etdiriləcək".

O, bununla yanaşı, bəzi nöqsanların da qeydə alındığını vurğulayıb. 2016-cı ildə Təşkilatın rayonlardakı nümayəndəliklərinə daha ciddi nəzarət olunacağını deyib: "Bəzi rayon nümayəndəlikləri işlərinin öhdəsindən gələ bilmir. Məsələn, Neftçala, İmişli, Sabirabad və Naftalan şəhərinin nümayəndələrinin işi yarıtmaz haldadır. Amma onlar işlərində dönüş yaratmasa, yəqin ki, dəyişikliklər olacaq".

İclasda ölkə üzrə 110 veteran, o cümlədən, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, millət vəkilləri Bahar Muradova və Xanhüseyin Kazımlı iştirak edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR