ABŞ-da azərbaycanlılar neftçilər anıldı (VİDEO)

ABŞ-da azərbaycanlılar neftçilər anıldı (VİDEO)
12:56 10 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizindəki “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada həyatını itirənlərin xatirəsi, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anıldı.

ANS TV-nin məlumatına görə, Vaşinqtondakı Azərbaycan səfirliyində toplaşanlar əvvəlcə ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfirliyin müşaviri Fəxrəddin İsmayılov itkin düşmüş və vəfat etmiş neftçilərin ailələrinə səbr diləmək və xəstəxanada müalicə alanlara isə Allahdan şəfa diləmək məqsədilə toplaşdıqlarını bildirib.

Ştatın müxtəlif şəhərlərində yaşayanlar Azərbaycanın Amerikadakı səfirliyinə toplaşaraq, baş verənlərin onları dərindən üzdüyünü söyləyiblər.

ABŞ-da təhsil alan tələbə Çilənay Səfərli də öz nöbəsində itkin düşmüş neftçilərin ailələrinə səbr dilədi. ABŞ-da yaşayan azərbaycanlı Səmayə Cəfərova isə Azərbaycan xalqının bu anında yanında ola bilməsə də faciənin ona necə pis təsir etdiyindən söz açıb.

Bakıda baş verənləri yalnız internet üzərindən izlədiklərini söyləyən həmyerlilərimiz itkin düşən şəxslərin yaxınlarına baş sağlığı verir və onların tez bir zamanda tapılıb ailələrinə təhvil vermələri üçün Allaha dua ediblər.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 7-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR