Azərbaycan təmsilçiləri Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcəklər

Azərbaycan təmsilçiləri Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcəklər
12:58 10 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Bu gün Avropa Liqasında mübarizə aparan təmsilçilərimiz “Qəbələ” və “Qarabağ” (Ağdam) futbol klubları qrup mərhələsində son oyunlarını çıxacaqlar.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” Bakıda “Krasnodar”ı (Rusiya) qəbul edəcək. Növbəti mərhələyə çıxmaq şansını saxlayan “Qarabağ” isə Brüsseldə “Anderlext”dən (Belçika) üç xal almağa cəhd göstərəcək.
Bakıdakı qarşılaşma “Qəbələ” üçün təsəlliverici olsa da, Rusiya təmsilçisi üçün isə qrup liderliyi baxımından daha çox əhəmiyyət daşıyır. “Qəbələ” həm də ən yaxşı halda Avropa Liqasında debütünü üçüncü pillədə tamamlaya bilər. "Bakcell Arena"da keçiriləcək matç saat 22:00-da başlayacaq.
“Qarabağ” isə Brüsseldə növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq. Təmsilçimiz qrupda ikinci olması üçün “Anderlext”i səfərdə mütləq məğlub etməlidir. Bu halda, “Qarabağ”ın Avroliqada yoluna davam etməsi üçün Londonda keçirilən paralel oyundan da çox şey asılı olacaq. "Tottenhem" (İngiltərə) - "Monako" (Fransa) komandaları arasında görüşdə meydan sahibləri ən azı heç-heçə etməlidir. “Konstant Vanden Stok” arenada keçiriləcək “Anderlext”–“Qarabağ” qarşılaşması gecə saat 00:05-də start götürəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_temsilchileri_Avropa_Liqasinin_qrup_merhelesinde_son_oyunlarini_kechirecekler-909949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR