Şimali Koreyanın hidrogen bombası da var?

Şimali Koreyanın hidrogen bombası da var?
12:58 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Şimali Koreya lideri Kim Çen In ölkəsinin hidrogen bombasına sahib olduğunu bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kim Çen In Pxenyandakı yenilənmiş silah zavodunu ziyarət edərkən nəhəng nüvə dövləti qurduqlarını, vətənlərinin müstəqilliyini və milli qürurlarını nüvə və hidrogen bombalarının zərbəsi ilə qorumağa qadir olduqlarını deyib.
Lakin Şimali Koreyanın həqiqətən də hidrogen bombası istehsal etməsi hələ ki, rəsmi təsdiqini tapmayıb.
“GlobalFirepower” portalının məlumatına əsasən, Koreya xalq ordusunun şəxsi heyəti 690 min nəfər, Beynəlxalq strateji araşdırmalar institutunun məlumatına görə isə 1 milyon 190 min nəfər təşkil edir. Həmçinin ölkənin silahlı qüvvələri 4 min 200 tanka, 4 min 100 zirehli maşına, 940 ədəd təyyarə və helikopterə sahibdir.
Bundan başqa, KXDR-in Hərbi Dəniz Qüvvələrində 60 min hərbçi qulluq edir. Onun sərəncamında 3 freqat, 50-yə yaxın sualtı qayıq və 500-dən çox kiçik gəmi var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simali_Koreyanin_hidrogen_bombasi_da_var-909947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR