Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özünə od vuran qadın xəstəxanada öldü

Özünə od vuran qadın xəstəxanada öldü

Date: 10 December 2015 13:01

Gədəbəy rayonunda özünü yandıran 1958-ci il təvəllüdlü Nəsibə Famil qızı Hüseynova Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Bu barədə ANS PRESS-ə mərkəzdən məlumat veriblər. Bildirdilər ki, Nəsibə Hüseynova bədəninin 95 faizinin yanığı diaqnozu ilə xəstəxanaya gətirilib: "Ona tibb müəsisəsində bir neçə gün tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmadı. O, xəstəxanada dünyasını dəyişdi".

Hadisə dekabr ayının 3-də Gədəbəy rayonunun Şınıx kəndində qeydə alınıb. Kənd sakini 57 yaşlı qadın intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. Qadın ailə üzvlərinin köməyi ilə dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın Bakıdakı Yanıq Mərkəzinə gətirilib.

Hadisəni araşdıran Gədəbəy Rayon Prokurorluğunun müstəntiqi hadisənin başvermə səbəblərinin hələlik məlum olmadığını, ancaq araşdırmalar davam etdirildiyi bildirdi.

Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Tags:  Özünə od vuran qadın xəstəxanada öldü

RƏYLƏR


Top news