Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Telman İsmayılovun əfsanəvi restoranı satışa çıxarıldı

Telman İsmayılovun əfsanəvi restoranı satışa çıxarıldı

Telman İsmayılovun ardınca oğlu müflis elan edilir - YENİLƏNİB (21 Mart 2017 17:05)
Telman İsmayılova ağır zərbə (21 Mart 2017 16:15)
Telman İsmayılovun oğlu da müflis elan edilir (21 Mart 2017 15:29)

Tarix: 10 Dekabr 2015 13:05

Andrey Kostinin VTB qrupu Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun aktivlərinin mülkiyyətçisi olub və məşhur "Praqa" restoranı ilə "Tropikano" biznes mərkəzini satışa çıxarıb.

Virtualaz.org bildirir ki, bu barədə "Forbes" öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbə xatırladıb ki, "Praqa" restoranı və "Tropikano" biznes mərkəzi, eləcə də Vostoçnı İzmaylovodakı binalar kompleksi VTB-yə daxil olan Moskva Bankında kredit üzrə girov qoyulmuşdu.

VTB-də "Forbes"ə İsmayılovun aktivlərinin satışını şərh etməkdən imtina ediblər.

Nəşr onu da xatırladıb ki, daha öncə Çerkizov bazarının keçmiş sahibi, milyarder Telman İsmayılovun Moskva Arbitraj Məhkəməsinə müflis olmasına dair ərizə təqdim etdiyi barədə məlumat yayılmışdı.

Milli.Az


Teqlər:  Telman İsmayılovun əfsanəvi restoranı satışa çıxarıldı



RƏYLƏR


Top xəbərlər