Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Bayraq Meydanının həbsdə olan sabiq rəisi azadlıq istəyir

Dövlət Bayraq Meydanının həbsdə olan sabiq rəisi azadlıq istəyir

Date: 10 December 2015 13:05

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan keçmiş rəisi Rəşad Məmmədov Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs - qəti imkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından narazıdır. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, R.Məmmədov həbs müddətinin uzadılmasını əsassız hesab edir: "Bu barədə Rəşad Məmmədovla danışmışam. Həbs müddətinin uzadılmasını tam əsassız hesab edir. Artıq məhkəmə qərarından apellyasiya şikayəti hazırlamışıq və sabah məhkəməyə təqdim edəcəyik".

F. Mehdiyev bildirir ki, R.Məmmədovun saxlanma şəraiti tam normaldır və bununla bağlı heç bir narazılığı yoxdur.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs - qəti imkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Milli.Az


Tags:  Dövlət Bayraq Meydanının həbsdə olan sabiq rəisi azadlıq istəyir


RƏYLƏR


Top news