​Şəkidə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib

13:07 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Forum çərçivəsində 130-a yaxın sahibkarın iştirak etdiyi Şəkinin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının, pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
İşgüzar forum çərçivəsində Şəki və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 780 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, bağçılıq, əkinçilik, çayçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Verilən kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkündür.
Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu vaxta qədər Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 914 investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8 700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.
Bildirilib ki, indiyədək rayonda fəaliyyət göstərən 429 sahibkara 28,1 mln. manat (bugünkü forumda verilən kreditlərlə) güzəştli kredit verilib.
Forum çərçivəsində Şəkinin Göybulaq kəndində dövlətin güzəştli krediti ayrılmış taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilib. Son illərdə tutumu 352 min tona yaxın olan 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30,8 mln. manat güzəştli kredit verilib. Bu anbarlardan artıq 21-i istifadəyə verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/sekide-sahibkarligin-guzestli-kreditlesdirilmesi-meselelerine-dair-isguzar-forum-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR