Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda keçmiş vəzifəli şəxs məhkəmə zalında həbs edilib

Azərbaycanda keçmiş vəzifəli şəxs məhkəmə zalında həbs edilib

Date: 10 December 2015 13:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Siyəzən rayon sakini, 1968-ci il təvəllüdlü Mübariz Mirzəyev və qeyrilərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Mübariz Mirzəyevin barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib və  8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.

 

Qeyd edək ki, Mübariz Mirzəyev Siyəzən rayonunda dövlət müəssisələrindən birində mühasib vəzifəsində çalışıb. O, bir neçə nəfərin adını qol çəkib və pul mənimsəyib.

 


Tags:  Azərbaycanda keçmiş vəzifəli şəxs məhkəmə zalında həbs edilib

RƏYLƏR


Top news