Meksikanın Azərbaycandakı səfiri Samir Şərifovla görüşüb

Meksikanın Azərbaycandakı səfiri Samir Şərifovla görüşüb
13:12 10 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini maliyyə naziri Samir Şərifovla görüşüb.
Səfirlikdən "Report"a bildirilib ki, R.Labardini səfirliyin iki ölkə arasında əlaqələrinin gücləndirilməsinə yönələn fəaliyyəti barədə məlumat verib. Diplomat bu xüsusda, qarşılıqlı yaxınlaşmaya xidmət edən milli mədəniyyətlərdəki oxşarlıqları qeyd edib. 
Nazir S.Şərifov rəhbərlik etdiyi qurumun fəaliyyəti və milli iqtisadiyyatın əsas aspektlərindən danışıb. Görüşdə, həmçinin, hər iki dövlət iqtisadiyyatlarının hazırkı durumu və perspektivləri barədə müzakirələr aparılıb.
Tərəflər birgə maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/meksikanin-azerbaycandaki-sefiri-samir-serifovla-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR