Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaponiyanın “Akatsuki” zondu Venera planetinin orbitinə çıxarılıb

Yaponiyanın “Akatsuki” zondu Venera planetinin orbitinə çıxarılıb

Date: 10 December 2015 13:13


Tokio, 10 dekabr, AZƏRTAC.
Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) nümayəndələrinin dekabrın 9-da keçirdiyi mətbuat konfransında bildirilib ki, “Akatsuki” zondu uğurla Veneranın orbitinə çıxarılıb. Bu, mühərriklərdə baş verən nasazlıqla əlaqədar uğursuzluqla nəticələn ilk cəhddən beş il sonra baş tutub.
JAXA-nın nümayəndələri qeyd ediblər ki, yapon kosmik aparatı planda nəzərdə tutulduğu kimi, Veneranın iqlimini öyrənmək üçün orbitə çıxarılıb.
Xatırladaq ki, “Akatsuki” Veneranın iqlimini və atmosferini öyrənmək məqsədilə 2010-cu ildə kosmosa buraxılıb. Aparatın həmin ilin dekabrında işə başlayacağı nəzərdə tutulsa da əsas mühərrikin sıradan çıxması buna imkan verməyib.
JAXA-nın mütəxəssislərinin dekabrın 7-də səhər saatlarında aparatdakı dörd kiçik reaktiv mühərriki işə salması zondu ikinci cəhddə orbitə çıxarmağa imkan yaradıb.
Yapon kosmik aparatı ilk dəfədir ki, Günəş sisteminin digər planetinin orbitinə çıxarılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Yaponiyanın Akatsuki zondu Venera planetinin orbitinə çıxarılıb


RƏYLƏR


Top news