Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Nardaran və Lənkərandakı hadisələr göstərdi ki..."

"Nardaran və Lənkərandakı hadisələr göstərdi ki..."

Date: 10 December 2015 13:17

Nardaranda, Lənkəranda son zamanlar baş verən hadisələr göstərdi ki, Azərbaycana müdaxilə etmək istəyən xarici qüvvələr var.

Trend-in məlumatına görə, bunu AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycana xaricdən müdaxilə cəhdlərinə baxmayaraq, ölkə öz stabilliyini qoruyur.

A.Mustafayeva deyib ki, Azərbaycanda dini etiqad azadlığı, siyasi azadlıqlar var: "Ancaq təəssüflər olsun ki, din, insan hüquqları pərdəsi altında ekstremizmə yol verən insanlar var və onlar bilməlidirlər ki, bu cür əməllərinin qarşısı alınacaq".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan A.Mustafayeva bildirib ki, bu münaqişə nəticəsində Azərbaycana böyük zərər dəyib: "Bu təkcə 20 faiz torpaqlarımızın işğal edilməsi ilə məhdudlaşmır. Münaqişə nəticəsində Azərbaycana iqtisadi, ekoloji, mədəni baxımdan ciddi ziyan dəyib. Amma təəssüflər olsun ki, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilmir".

A.Mustafayeva bildirib ki, böyük güclərin əməlləri nəticəsində bu gün dünyada humanitar böhran yaranıb: "Son hadisələr göstərdi ki, insan hüquqları anlamı, beynəlxalq qanun anlamı yalnız güclü dövlətlər üçün işləyir".

Milli.Az


Tags:  Nardaran Lənkərandakı hadisələr göstərdi


RƏYLƏR


Top news