Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yaponiyanın ənənəvi musiqi konserti "Va-Liqa" Bakıda və İsmayıllıda

Yaponiyanın ənənəvi musiqi konserti "Va-Liqa" Bakıda və İsmayıllıda

Date: 10 December 2015 13:18


Bakı, 10 dekabr, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı səfirliyi və JTİ şirkətinin təşkilatçılığı ilə dekabrın 15-də Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində, 17-də isə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində "Va-Liqa" - Yaponiyanın ənənəvi musiqi konserti keçiriləcək.
AZƏRTAC səfirliyin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, qrup İsmayıllı və Bakı konsertində tamaşaçılara simli alət (tsuqaru şamisen), nəfəs aləti (şakuhaçi), həmçinin ənənəvi Azərbaycanın musiqisi muğama bənzəyən Yaponiyanın folklor mahnısı "minyo"nu təqdim edəcək.
Giriş pulsuzdur. Bakı konsertinə biletləri Yaponiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət və məlumat şöbəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, "Va-Liqa" Yaponiyanın ənənəvi incəsənət ilə məşğul olan prodüser Takaku Terutoşinin rəhbərliyi ilə çıxış edən incəsənət qrupudur.
 

Tags:  Yaponiyanın ənənəvi musiqi konserti Va-Liqa Bakıda İsmayıllıda


RƏYLƏR


Top news