Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində yığmamız İsveçin qonağı olacaq.
Bakı vaxtı ilə saat 20.00-da başlayacaq qarşılaşma CBC Sport televiziya kanalında canlı yayımlanacaq
Milli.Az