Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ" Avroliqada ilk qələbəsini qazana biləcək? - YENİLƏNİR

"Qəbələ" Avroliqada ilk qələbəsini qazana biləcək? -   YENİLƏNİR

Date: 10 December 2015 13:27

Bu gün Avropa Liqasının qrup mərhələsi başa çatacaq. Fanat.az хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" son matçına evdə çıхacaq.

"Qırmızı-qaralar"ın rəqibi Rusiyanın "Krasnodar" klubu olacaq. "Bakcell Arena"da baş tutacaq qarşılaşma saat 22.00-da start götürəcək. Görüşü FIFA referisi İstvan Kovaç idarə edəcək.

"Qəbələ" artıq mərhələ adlamaq şansını itirib. "Krasnodar" isə 1/16 finala vəsiqəni təmin etsə də, 1-ci pilləni tutmaq şansı var. Səfər oyununda rusiyalılara uduzan (1:2) evdə 3 хalı aktivinə yazmaqla Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazana bilər. Həmçinin "qırmızı-qaralar"ın qrup sonunculuğundan qurtulmaq şansı da var. "Qəbələ" bunun üçün "Karsnodar"ı udmalı, PAOK-un isə "Borussiya"ya (Dortmund) yenilməsini gözləməlidi.

Avropa Liqası
Qrup mərhələsi
C qrupu, VI tur

10 dekabr
22.00 Qəbələ (Azərbaycan) - Krasnodar (Rusiya)
Hakimlər: İstvan Kovaç, Mikloş İştvan Naqi, Vasile Florin Marinesku, Dördüncü hakim: Mihay Ovidiu Artene (Rumıniya).
Əlavə hakim köməkçiləri: Pavel Kristian Balay, Marius Avram (Rumıniya).
Hakim-inspektor: Kay Natri (Finlandiya).
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya).
Bakı. "Bakcell Arena".

1

Borussiya

5

3

1

1

10-4

10

2

Krasnodar

5

3

1

1

6-4

10

3

PAOK

5

0

4

1

2-3

4

4

Qəbələ

5

0

2

3

2-9

2


Fanat.az

Tags:  Qəbələ Avroliqada ilk qələbəsini qazana biləcək YENİLƏNİR

RƏYLƏR


Top news