Prezident bunlardan vaz keçə bilmir

Prezident bunlardan vaz keçə bilmir
13:31 10 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ildə ABŞ prezidenti Barak Obama əylənmək üçün ən çox əl atdığı 3 vasitənin adını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, "People" jurnalı prezidentin bu il ən çox sevdiyi musiqi, kino və kitabın adını qeyd edib. Məlum olub ki, ölkə başçısının ən çox sevdiyi kitab ABŞ yazıçısı Loren Qroffun müəllifi olduğu "Fates and Furies" (Tale və qəzəb) kitabıdır.

Barak Obama bu il ən çox reper Kendrik Lamarın "How Much a Dollar Cost" (Dollar neçəyədir?) (hətta, bu il Lamara "To Pimp a Butterfly" albomu ilə "Qremmi" mükafatına layiq görülüb) mahnısına qulaq asıb və ondan zövq alıb.


Kendrik Lamar - "How Much a Dollar Cost"

ABŞ prezidenti cari ildə ən çox Mettom Deymonun baş rolda oynadığı "Marsianin" filminə baxıb. Bu onun ən sevimli filmi olub.


"Маrsianin" filmi


Jurnal yalnız barak Obamanın deyil, eyni zamanda, onun həyat yoldaşının da sevimli film, kitab, musiqinin adını da açıqlayıb. Məlum olub ki, ABŞ-ın birinci xanımı - Mişel Obamanın ən sevimli musiqisi Bruno Marsın ifa etdiyi "Uptown Funk" mahnısı, kitabı Elizabet Aleksandrın "The Light of the World" (Dünya işığı), il ərzində ən çox izlədiyi filmi isə "Bilməcə"dir.


Mişel Obama - ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı


"People" jurnalında o da qeyd olunur ki, ABŞ prezidenti və onun xanımı, həmçinin , seriallara baxmağı da sevirlər. Onların bu il ən çox izlədikləri seriallar isə "Nikerbokerin xəstəxanası" və "Qaranlıq" dramlarıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR