Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkan Şoray və qızı Bakıda film təqdim etdilər (FOTO)

Türkan Şoray və qızı Bakıda film təqdim etdilər (FOTO)

Date: 10 December 2015 13:33

Bakı. Cani Babayeva – Trend:

Türkiyənin ən məşhur və gözəl aktrisalarından biri Türkan Şoray Bakıya gəlib.
Trend-in məlumatına görə, kino ulduzu rejissoru olduğu “Uzaqlarda axtarma” filminin nümayişinə həsr edilmiş təntənəli qala-gecədə iştirak edib.

Onunla birlikdə Bakıya aktrisanın qızı, filmdə əsas rollardan birinin ifaçısı Yağmur Ünal da gəlib.

T.Şoray həm pərəstişkarlarının, həm də KİV nümayəndələrinin böyük diqqətilə qarşılaşıb.
Aktrisa jurnalistlərə deyib: “Bakıda mənə böyük hörmətlə yanaşırlar. Ümid edirəm ki, film xoşunuza gələcək. Mən filmdə qızım qarşısında sərt tələblər qoymuşdum, çünki çəkiliş meydançasında ana deyil, rejissoram”.

Y.Ünal isə bildirib ki, Bakıya gəlməkdən və filmi nümayiş etdirməkdən böyük məmnunluq hissi keçirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Türkan Şoray qızı Bakıda film təqdim etdilər FOTO


RƏYLƏR


Top news