“Günəşli” yatağında baş verən qəzada həlak olan neftçilərin xatirəsi Almaniyada da anılıb

“Günəşli” yatağında baş verən qəzada həlak olan neftçilərin xatirəsi Almaniyada da anılıb
13:33 10 Dekabr 2015
118 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Xəzər dənizindəki “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi Almaniyada yaşayan soydaşlarımız tərəfindən anılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Evinin və digər diaspor təşkilatlarının təşəbbüsü ilə soydaşlarımız ölkəmizin Almaniyadakı səfirliyi qarşısına toplaşıblar. Onlar səfirliyin binası qarşısına güllər düzüb, faciədə həlak olan neftçilərin xatirəsinə şam yandırıblar.
Soydaşlarımız faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_bas_veren_qezada_helak_olan_neftchilerin_xatiresi_Almaniyada_da_anilib-909960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR