Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk memorialını təhqir etdilər

Türk memorialını təhqir etdilər

Date: 10 December 2015 13:37

Sevastopolda Krım müharibəsində həlak olan türk əsgərlərinin xatirəsinə ucaldılmış memoriala qarşı vandalizm aktı törədilib.

APA-nın məlumatına görə, bu barədə özünün "Facebook" səhifəsində Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov yazıb.

O qeyd edib ki, naməlum şəxslər memoriala gedən yolda quraşdırılan məlumat lövhəsində təhqiredici söz yazılıb.

Xatırladaq ki, oxşar hallar Sevastopolda əvvəllər də yer alıb. Konkret olaraq şəhərin alman faşistlərindən azad olunmasında iştirak edən və həlak olan azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılmış abidə 2009-cu ildə qismən dağıdılıb. 2014-cü ildə türk memorialı təhqir olunub, bu ilin may ayında isə azərbaycanlı əsgərlərin xatirə abidəsinə qarşı növbəti vandalizm aktı törədilib.

Milli.Az


Tags:  Türk memorialını təhqir etdilər


RƏYLƏR


Top news