Futzal üzrə Azərbaycan millisi İsveç yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi İsveç yığması ilə qarşılaşacaq
13:38 10 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Bu gün Xorvatiyanın Osiyek şəhərində futzal üzrə dünya çempionatının seçmə mərhələsinin 2-ci qrupunun ilk turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sözügedən qrupda mübarizə aparan Azərbaycan millisi də ilk oyununu keçirəcək. Osiyek şəhərindəki "Dvorana Qradski VRT" idman kompleksində yığmamız İsveç ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Qarşılaşmanın hakimləri Qabor Kovaç (Macarıstan), Trayan Ençev (Bolqarıstan), Vladimir Kadıkov (Rusiya) olacaq.
Qrupun digər oyununda isə Xorvatiya millisi Belarus yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futzal_uzre_Azerbaycan_millisi_Isvech_yigmasi_ile_qarsilasacaq-909962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR