“Soyuq əllər, isti ürək – Mələklər” adlı xeyriyyə yarmarkası davam edir

“Soyuq əllər, isti ürək – Mələklər” adlı xeyriyyə yarmarkası davam edir
13:38 10 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 1-dən 31-dək Fəvvarələr meydanında baş sponsor “Amapola Exclusive Events” şirkətinin təşkilati dəstəyi ilə “Soyuq əllər, isti ürək – Mələklər” adlı xeyriyyə yarmarkası keçirilir.
AZƏRTAC xəbər verir ki, bir ay ərzində yarmarkada təqdim olunan çoxsaylı mağaza və kafelərə baş çəkə, Yeni il hədiyyələri əldə edə və əyləncəli proqramdan zövq alaraq vaxtı şən keçirtmək olar.
Həftənin iş günlərində (bazar ertəsi – cümə) “Nargis Fund”-un əməkdaşları sponsorların dəstəyi ilə uşaq evlərinə və xəstəxanalara baş çəkirlər. Fond xəstə və internat evlərində böyüyən uşaqlar üçün əyləncə proqramı təşkil edir, onları müxtəlif Yeni il hədiyyələri ilə sevindirir, geyim və gigiyenik vasitələrlə təmin edir.
Hər cümə, şənbə və bazar günləri yarmarkada saat 11-dən 14.00-dək uşaq evlərinin sakinləri üçün xüsusi əyləncəli proqram və nahar təşkil olunur, eləcə də onlara müxtəlif hədiyyələr verilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Soyuq_eller_isti_urek___Melekler_adli_xeyriyye_yarmarkasi_davam_edir-909961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR