Liftləri zibilləyənlər cəzalandırılacaq

Liftləri zibilləyənlər cəzalandırılacaq
13:41 10 Dekabr 2015
24 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yaşayış sahələrindən istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir.

Axşam.az “Report”a istinadən xəbər verir ki, cəzanın sərtləşdiriliməsi yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.

Belə ki, hazırkı İXM-ə əsasən, yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

Yeni İXM-lə yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək miqdarda cərimə ediləcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR