Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ov da getdi, tüfənglər də

Ov da getdi, tüfənglər də

Date: 10 December 2015 13:47

Azərbaycanda 3 rayonda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Balaca Zeynalovdan və Namiz Qurbanovdan 1 ədəd "TOZ-B" və 1 ədəd "TOZ-16" markalı ov tüfəngləri, habelə 1 ov quşu aşkar edilərək götürülüb.

Həmin gün Qəbələ RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakini Feyruz Səlimovdan müvafiq sənədi olmayan 1 ədəd "Bum" markalı ov tüfəngi və habelə 1 ov quşu, İmişli RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Murtuz Əliyevdən və Zəkəriyyə Mirzəyevdən 1 ədəd "TOZ-16" markalı və 1 ədəd "İJ-18" markalı ov tüfəngləri, habelə 6 ov quşu tutulub.

Milli.Az


Tags:  getdi tüfənglər

RƏYLƏR


Top news