Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İsrail səfiri: "Razılaşmada Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır"

İsrail səfiri: "Razılaşmada Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır"

Bəyanat: "GUAM məkanında münaqişələr ərazi bütövlüyü əsasında həll olunmalıdır" (27 Mart 2017 15:05)
İsrail səfiri Rusiya XİN-ə çağırıldı (20 Mart 2017 12:08)
İsrail səfiri Rusiya XİN-ə çağırıldı (20 Mart 2017 11:37)

Tarix: 10 Dekabr 2015 13:54

 

Dan Stav: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar nəticə yönümlü, xoş niyyətli olmalıdır"

 

“Bizim həlli uzun müddət uzanan çətin münaqişələrlə bağlı təcrübəmiz var”.

 

Bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfir Dan Stav deyib. O bildirib ki, beynəlxalq ictimaiyyət münaqişənin həllinə əlverişli atmosfer yaratmaq üçün konstruktiv rol oynaya bilər: “Bu gün biz deyə bilmərik ki, ərəblər və ya İsrail, yaxud Azərbaycan və Ermənistan təcrid olunmuş dünyada yaşayır. Onlar beynəlxalq ictimaiyyətin bir hissəsidir. Həqiqətən də burada və bizim regionda nə baş verirsə, onun digər regionlara böyük təsiri olur. Lakin əgər danışılar prosesində irəli getmək, nəticə yönümlü danışılar aparmaq, problemi həll etmək üçün həqiqi istək yoxdursa, beynəlxalq ictimaiyyət tərəflər üçün heç nə edə bilməz".

 

Səfir münaqişələrin sülh yolu ilə həllini dəstəklədiklərini söyləyib: "Çünki onun ağır nəticələrini yaxşı başa düşürük. Biz bu itkilərdən əziyyət çəkmişik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar da nəticə yönümlü, xoş niyyətli olmalıdır. Biz düşünürük ki, istənilən siyasi razılaşmada Azərbaycanın ərazi bütövlüyü məsələsi nəzərə alınmalıdır. Bizim mövqeyimiz budur”.

Sosi


Teqlər:  İsrail səfiri Razılaşmada Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır



RƏYLƏR


Top xəbərlər