Türkan Şoray və qızı Bakıda film təqdim etdilər - FOTO

Türkan Şoray və qızı Bakıda film təqdim etdilər - FOTO
13:57 10 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin ən məşhur və gözəl aktrisalarından biri Türkan Şoray Bakıya gəlib.

Milli.Az trend.az-a istinadən xəbər verir ki, kino ulduzu rejissoru olduğu "Uzaqlarda axtarma" filminin nümayişinə həsr edilmiş təntənəli qala-gecədə iştirak edib.

Onunla birlikdə Bakıya aktrisanın qızı, filmdə əsas rollardan birinin ifaçısı Yağmur Ünal da gəlib.

T.Şoray həm pərəstişkarlarının, həm də KİV nümayəndələrinin böyük diqqətilə qarşılaşıb.
Aktrisa jurnalistlərə deyib: "Bakıda mənə böyük hörmətlə yanaşırlar. Ümid edirəm ki, film xoşunuza gələcək. Mən filmdə qızım qarşısında sərt tələblər qoymuşdum, çünki çəkiliş meydançasında ana deyil, rejissoram".

Y.Ünal isə bildirib ki, Bakıya gəlməkdən və filmi nümayiş etdirməkdən böyük məmnunluq hissi keçirir.

Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/389194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR