Kaunasda ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Kaunasda ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib
13:58 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Vilnüs, 10 dekabr, AZƏRTAC
Dekabrın 9 Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyi tərəfindən Kaunas Texnologiya Universitetində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Həsən Məmmədzadə Ulu Öndərin şanlı həyat yoluna nəzər salıb və müasir müstəqil Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Ulu öndər Heydər Əliyevin bütün mənalı həyatını dövlətimizin inkişafına həsr etdiyini deyən H.Məmmədzadə Ümummilli Liderin təhsilə daim böyük önəm verdiyini, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması təşəbbüsünün məhz onun tərəfindən irəli sürüldüyünü vurğulayıb. Səfir bildirib ki, keçən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı tələbə Rusiyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin həyat və fəaliyyətini müasir Azərbaycanın inkişafından ayrı təsəvvür etmək mümkün deyildir. Ulu Öndərin əsasını qoyduğu və həyata keçirdiyi böyük layihələr müstəqil Azərbaycanın tərəqqisinə xidmət edir.
Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kaunasda_ulu_onder_Heyder_Aliyevin_xatiresi_yad_edilib-909967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR