Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarı 50 dəfə artırılır

Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarı 50 dəfə artırılır

Date: 10 December 2015 14:02

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarı artırılır. "Report" xəbər verir ki, cərimələrin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.
Yeni Məcəllə qəbul olunduqdan sonra Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 12 000 manatdan 16 000 manatadək məbləğdə cərimə ediləcək.
Xatırladaq ki, hazırki qanunvericiliyə görə fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

Tags:  Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə cərimələrin miqdarı 50 dəfə artırılır

RƏYLƏR


Top news