Siyəzəndən “Qalaaltı” istirahət kompleksi istiqamətində yeni yol çəkiləcək

Siyəzəndən “Qalaaltı” istirahət kompleksi istiqamətində yeni yol çəkiləcək
14:03 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Siyəzən, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Siyəzən rayonu ərazisində yeni körpü və yol ötürücülərinin inşasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrindən “Qalaaltı” istirahət kompleksi istiqamətində çəkiləcək yeni yolun tikintisi ilə əlaqədar ilkin olaraq 5 yol ötürücüsünün inşası nəzərdə tutulub.
Birinci yol ötürücüsünün tikintisinə bu ilin noyabrında “Körpü-Bina-Tikinti” MMC tərəfindən start verilib. Hazırda 70 metr uzunluğunda olacaq ikiaşırımlı körpünün dayaqları inşa edilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, “Qalaaltı” istirahət kompleksi istiqamətində çəkiləcək yeni yol hələ layihələndirmə mərhələsindədir. Yolun bütün göstəriciləri layihə təsdiqlənəndən sonra tam dəqiqliyi ilə müəyyənləşəcək. Hələlik isə yolun inşası ilə bağlı hazırlıq işləri aparılır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siyezenden_Qalaalti_istirahet_kompleksi_istiqametinde_yeni_yol_chekilecek-909972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR