Sürücülərin NƏZƏRİNƏ: sərxoş halda maşın sürməyin cəriməsi artırılır

Sürücülərin NƏZƏRİNƏ: sərxoş halda maşın sürməyin cəriməsi artırılır
14:04 10 Dekabr 2015
60 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə tətbiq olunan cərimənin məbləği artırılır. Lent.az-ın “Report”a istinadən xəbərinə görə, cəzanın sərtləşdirilməsi yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.

 

Belə ki, İXM qəbul edildikdən sonra nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma tətbiq ediləcək.

 

Qeyd edək ki, hazırkı İXM-də cərimənin məbləği 300 manatdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR