Ağır qəza, ölü və yaralılar var

Ağır qəza, ölü və yaralılar var
14:06 10 Dekabr 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Ucar- Qazax magistral yolunun Hacıqabul rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qazax rayon seriyalı “Ford” markalı avtomobil hərəkətdə olarkən qəfildən təkəri partlayıb. Avtomobilin sürətlə hərəkətdə olması isə aşmaya səbəb olub.

Nəticədə avtomobildə olan 1980-ci il təvəllüdlü Hacıqabul rayon sakini Nemət Dostəli oğlu Eminov dünyasını dəyişib. Xəsarət alan iki nəfər- 1955-ci il təvəllüdlü, Hacıqabul rayonu Udulu kənd sakini Dostəli Hümbət oğlu Eminov və Kürdəmir rayonunun Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Nemət Həsrət oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Dostəli Eminovun reanimasiya, Nemət Məmmədovun isə travma şöbəsində olduğunu bildirdilər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Noyabr ayının 6-da Hacıqabulda ağır yol qəzası baş verib. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. Quba rayon sakini, 1977-ci il təvəllüdlü Qabil Gülməli oğlu Rəhimov idarə etdiyi 99- GL- 479 dövlət nömrə nişanlı “Niva” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını dərəyə aşırıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər- Quba rayon sakinləri, 1989-cu il təvəllüdlü Mətləb Səfərbala oğlu Fərəcov, 1978-ci il təvəllüdlü Sahib Nəsrulla oğlu Həsənov və Şirvan şəhər sakini- 1981-ci il təvəllüdlü Afaq Hacı qızı Orucova müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının çatdırılıb. Sürücü Qabil Rəhimov aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR