Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Berlində “Günəşli” yatağında faciədə həlak olan neftçilərin xatirəsi anılıb (FOTO)

Berlində “Günəşli” yatağında faciədə həlak olan neftçilərin xatirəsi anılıb (FOTO)

Date: 10 December 2015 14:08

Bakı. Trend:

Almaniyada yaşayan soydaşlarımız “Günəşli” yatağında dekabrın 4-də baş vermiş faciədə həlak olan neftçilərin xatirəsini anıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” yatağının 10-cu dərin özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi Almaniyada yaşayan soydaşlarımız tərəfindən anılıb.

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Evi və digər diaspor təşkilatlarının təşəbbüsü ilə soydaşlarımız Azərbaycanın Almaniyadakı səfirliyi qarşısına toplaşıb. Onlar səfirliyin binası qarşısına güllər düzüb, faciədə həlak olan neftçilərin xatirəsinə şam yandırıblar.

Soydaşlarımız faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Berlində Günəşli yatağında faciədə həlak olan neftçilərin xatirəsi anılıb FOTO

RƏYLƏR


Top news