Sultan Süleymanın ürəyinin basdırıldığı yer tapıldı (FOTO)

Sultan Süleymanın ürəyinin basdırıldığı yer tapıldı (FOTO)
14:11 10 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Osmanlı Sultanı Qanuni Sultan Süleymanın Macarıstanda daxili orqanlarının dəfn edildiyi yer tapılıb.

ANS PRESS-in məlumatına görə,1566-cı ildə Zigetvar yürüşü zamanı həyatını itirən Qanuninin orqanları basdırılan yer Türk İşbirliyi və Kordinator Agentliyinin (TİKA) uzun sürən araşdırmalardan sonra müəyyən edilib.

Araşdırmaların rəhbəri olan Peç unveristetinin namizədi professor Norbert Pap olub. O, məzarın tapılması məsələsinin hələ 2010-cu ildə gündəmə gəldiyini, 2012-cu\i ildə bu barədə razılıq əldə edildiyini deyib.

Professorun sözlərinə görə, 1664-cü ildə Macarıstanı ziyarət edən Evliya Çələbi bu ərazilərdə Osmanlı dövlətinə aid olan, türbə, məscid və iqamətgahların olduğunu deyib. Bu məlumatlardan qaynaqlanaraq aparılan araşdırmalar nəticəsində Zigetvarda, üzüm təpəsi adlanan yerdə Osmanlı sultanına aid türbə tapılıb.


Sultan Süleyman Qanuni və Hürrəm sultan

Sultan Süleyman Qanuni Osmanlı dövlətinin 10-cu sultanı olub. Atası, Sultan I Səlimin dövründə sahəsi 6 557 000 km² olan Osmanlı İmperiyası, I Süleymanın 46 illik hakimiyyəti ərzində 14 893 000 km²-ə çatıb.
I Süleymanın dövründə dövlət idarəetməsində çox əhəmiyyətli dəyişikliklər baş verdi. Bu dövrdə çox sayda qanun qəbul edilmiş və hüquqi baxımdan Osmanlıda böyük irəliləyişlər olub.
Qəbul etdiyi qanunlar və ədalətə verdiyi önəm nəticəsində I Süleyman sonrakı dövrlərdə tarixçilər tərəfindən "Qanuni" ləqəbinə layiq görülüb.

1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı, Zigetvar qalasının zəbti əsnasında 72 yaşında vəfat etmişdir. Onun daxili orqanları qalanın ətrafında basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyyə məscidində dəfn edilib.

Qanuninin ürəyi və orqanlarının Macarıstanda harada dəfn edilməsi yüz illərdir müzakirə mövzusu olub. Türk elm adamları türbənin adıçəkilən qalaya 3 km məsafədəki Turbek Kilisəsinin altında olduğunu düşünürlər.
Ancaq macar alimlər bu ərazinin qaladan 5 km aralıda, Zsibot üzüm bağları adlanan ərazidə olduğunu deyirdi.

Tarixdə dərin iz qoyan, osmanlının çiçəklənməsinə səbəb olan sultan, onun yaradıcılığından bəhs edən sənədli filmlər, hətta serial belə lentə alınıb. Dünyanın onlarla ölkəsində, o cümlədən Azərbaycanda yüzminlərlə tamaşaçısı olan "Mühteşem yüzyıl" onun haqqında olan ən tanınmış serialdır. Serialda Sutan Süleyman Qanuni obrazını məşhur aktyor Halit Ergenc canlandırırb.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR