Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəyanəti ərinə bağışlamayan məşhurumuz - FOTO

Xəyanəti ərinə bağışlamayan məşhurumuz - FOTO

Date: 10 December 2015 14:12

Bu gün xalq artisti, opera səhnəmizin Ərəbzəngisi Gülxar Həsənovanın doğum günüdür.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 1918-ci ildə  Şəmkirdə dünyaya göz açan Gülxar Həsənova səhnə fəaliyyətinə  Gənc Tamaşaçılar Teatrında başlayıb. 

Teatrda ilk sevgisi olan aktyor Ağadadaş Qurbanovla tanış olub və bu tanışlıq evliliklə nəticələnib. Bu izdivacdan Hamlet Qurbanov kimi sənətkar dünyaya gəlib. Lakin Gülxar xanımla Ağadadaş Qurbanovun evlilik həyatı uzun sürməyib. Bir xəyanət Gülxar xanımı ilk məhəbbətindən ayırıb. İlk sevgisinə sadiq qalan aktrisa ömrünün sonuna qədər ailə qurmayıb.  

Gülxar xanım Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leylini, sonralar Leylinin anasını, "Əsli və Kərəm"də Əslini, "Koroğlu"da xanəndə qızını, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında Şahsənəmi, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Ərəbzəngini, Şəfiqə Axundovanın "Gəlin qayası"nda ananı özünəməxsus peşəkarlıqla oynayıb. Leyli və Ərəbzənginin isə onun yaradıcılığında xüsusi yeri olub.  Aktrisa bunu özü də etiraf edib.

Azərbaycan opera səhnəsində bənzərsiz rollar yaradan Gülxar Həsənova 2005-ci ildə dünyadan köçüb. Yeganə övladı Hamletin vaxtsız  itkisinə dözə bilməyən Gülxar Həsənova həyatının  bu acı hadisəsindən sonra "gülü budağında xar olan Gülxar" deyib, gecə-gündüz ağlayıb, şeirlər yazıb.

Milli.Az





Tags:  Xəyanəti ərinə bağışlamayan məşhurumuz FOTO


RƏYLƏR


Top news